İdman
Sevgilisi ulduz futbolçunu tərk etdi: Səbəb...
"Milan" və ABŞ millisinin vingeri Kristian Pulişiç şəxsi həyatla bağlı qalmaqalın mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, futbolçunun tanışlıq tətbiqindən olan fotosunun internetə sızması böyük müzakirələrə səbəb olub. Bu barədə "Topskills Sports UK" məlumat yayıb.
Bildirilir, Pulişiçin sevgilisi, qolfçu Aleksa Melton bir neçə həftə əvvəl ayrıldıqlarını təsdiqləyib. O, futbolçunun profilinin münasibət tam bitməzdən əvvəl aktivləşdiyini də dolayısı ilə bildirib.
Sosial şəbəkələrdə geniş rezonans doğuran bu vəziyyət cütlük arasında münasibətlərin artıq daha əvvəl gərgin ola biləcəyi barədə müzakirələr yaradıb.
Eyni zamanda mediada aktyor Sidney Suini ilə mümkün əlaqə barədə köhnə şayiələr də yenidən gündəmə gəlib. Lakin Pulişiç bundan əvvəl bu iddiaları açıq şəkildə təkzib edib.
Qeyd olunur ki, futbolçunun 2026-cı ildə hələ qol vurmaması da üzərindəki təzyiqi artırır. Hazırda nə Pulişiç, nə də onun nümayəndələri vəziyyətlə bağlı rəsmi açıqlama verməyiblər.
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi











.jpg)

























