İdman
Əhmədov 12 illik vədinə "xilaf çıxdı", Arda Turan onu sevindirdi - FOTO
"Şaxtyor Donetsk" klubunun prezidenti Rinat Əhmədov vədini pozub.
Publika.az xəbər verir ki, o, bunu komandasının Konfrans Liqasının 1/4 final mərhələsində "AZ Alkmaar"la oyunu stadiondan izləməklə edib.
Əhmədov 12 ildən sonra ilk dəfə "Şaxtyor"un oyununu canlı izləyib. İş adamı Buxarestdə "Şaxtyor"un keçmiş baş məşqçi Mirça Luçesku ilə vida mərasimində iştirak etdikdən sonra Polşaya yollanıb və Niderland klubu ilə görüşü arenadan izləyib.
Rinat Əhmədov komandanın Donetskə qayıdana, "Donbass Arena"da meydana çıxacağına qədər oyunlara gəlməyəcəyini vəd etmişdi. O, 2014-cü il mayın 2-dən, "Şaxtyor"un «Donbass Arena»da "İliçivets"ə qarşı son oyunundan bəri komandanın matçlarına getmirdi.
Daha sonra Əhmədov bu qərardan peşman olduğunu da etiraf etmişdi.
Onun stadionda olması komandaya müsbət təsir göstərib. Arda Turanın rəhbərlik etdiyi kollektiv Pedrinyo və Alisson Santenanın dublu sayəsində 3:0 hesablı qələbə qazanıb.
Cavab oyunu ayın 16-da Niderlandda keçiriləcək. Qarşılaşmanın qalibi yarımfinalda "Kristal Pelas" - "Fiorentina" cütünün qalibi ilə qarşılaşacaq.
Heybət

-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi












.jpg)

























