İdman
Tebas dinc dayanmır: La Liqanın oyunları bu ölkədə keçirilə bilər
İspaniya çempionatının bəzi oyunları Mərakeşdə keçirilə bilər.
Publika.az xəbər verir ki, bunu La Liqanın prezidenti Xavyer Tebas açıqlayıb. O, bunun baş verə biləcəyini istisna etməyib:
“Niyə də yox? Xüsusilə də Mərakeşdə İspaniya futbolunu izləyən çox böyük azarkeş kütləsi var. Məsələn, Kasablankada yeni stadion tikilib başa çatdıqdan sonra oyun keçirə bilərik”.
UEFA isə ümumilikdə milli çempionat oyunlarının ölkə xaricində keçirilməsinə qarşı çıxır və bunu futbolun mahiyyəti üçün təhlükə hesab edir. Bu mövqeni Avropadakı azarkeşlərin və fanat qruplarının əksəriyyəti də dəstəkləyir.
Qeyd edək ki, Tebas ötən il "Vilyarreal" - "Barselona" matçını ABŞ-da keçirmək istəsə də, klubların etirazı ilə üzləşdiyi üçün fikirni dəyişməli olmuşdu.
Heybət
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi











.jpg)

























