İdman
“Bavariya” Bundesliqa tarixində yeni rekorda imza atdı
“Bavariya” Bundesliqanın 29-cu turunda səfərdə “St Pauli” komandası ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, görüşdə münxenlilər böyükhesablı qələbə qazanıblar – 5:0. Qolları Camal Musialla (9), Leon Qoretska (53), Maykl Olise (54), Nikolas Cekson (65) və Rafael Querrero (88) vurublar.
Bu qələbə Münxen təmsilçisi üçün yeni rekordla əlamətdar olub. Belə ki, “Bavariya” bu mövsüm Bundesliqada vurduğu qolların sayını 105-ə çatdıraraq ölkə çempionatları tarixində yeni rekord müəyyənləşdirib. Əvvəlki rekord Gerd Müller və Frans Bekkenbauerin çıxış etdiyi 1971-1972-ci il mövsümünə qeydə alınıb – 101 qol. Münxenlilər 2019-2020-ci il mövsümündə isə rəqib qapılarına 100 dəfə yol tapıblar.
Bu qələbədən sonra “Bavariya” xal ehtiyatını 76-ya çatdıraraq liderliyini davam etdirir. Onun ən yaxın izləyicisi “Borussiya Dortmund” 64 xalla ikinci sırada qərarlaşıb.
Bundesliqanın 29-cu turunun mərkəzi qarşılaşmasında “Borussiya Dortmund” öz meydanında “Bayer Leverkuzen”ə məğlub olub – 0:1. Eyni hesabla “Leyptsiq” doğma divarlar arasında “Borussiya Mönxenqladbax”ı məğlub edib – 1:0. “Haydenhaym” öz meydanında paytaxt təmsilçisi “Union Berlin”ə (4:1) “Ayntraxt Frankfurt” səfərdə “Volfsburq”a (2:1) qalib gəlib. Bu turun açılış matçında isə “Auqsburq” öz meydanında “Hoffenhaym” ilə heç-heçə edib - 2:2.
Tura bazar günü oynanılacaq “Köln” – “Verder Bremen”, “Ştutqart” – “Hamburq” və “Maynts” – “Frayburq” qarşılaşmaları ilə yekun vurulacaq.
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı


































.jpg)


