İdman
İdman komplekslərində ciddi nöqsanlar - 15 MİLYON MANAT
Olimpiya idman komplekslərində maliyyə və idarəetmə sahəsində ciddi nöqsanlar üzə çıxıb.
Publika.az “APA-Economics”ə istinadla xəbər verir ki, Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən olimpiya idman komplekslərində (OİK) aparılan audit zamanı ciddi maliyyə pozuntuları və idarəetmə boşluqları müəyyən edib.
Audit 2022–2025-ci illəri əhatə etməklə 15 mln. manat vəsaiti əhatə edib.
Hesabatda qeyd olunur ki, OİK-lərin fəaliyyəti üzrə strateji planlaşdırma aparılmayıb, tarif siyasəti əsaslandırılmayıb və gəlirlərin böyük hissəsi subsidiyalardan asılı vəziyyətdə qalıb. Bir çox hallarda qiymətlər xərclər nəzərə alınmadan müəyyən edilib.
Eyni zamanda, maliyyə hesabatlarının əksər komplekslərdə tərtib edilmədiyi, gəlirlərin bir hissəsinin rəsmiləşdirilmədən nağd qəbul olunduğu və vergi öhdəliklərinin düzgün yerinə yetirilmədiyi müəyyən olunub.
Palata qeyd edir ki, idman infrastrukturu genişlənsə də, məşğul olanların sayı azalır ki, bu da mövcud potensialdan səmərəli istifadə olunmadığını göstərir.
-
Magazin206:16Neslihan 3 ildən sonra qayıdır
-
Magazin201:11Dua Lipa gəlinlik paltarını nümayiş etdirdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZFALI - Gözlənilməz uğurlarla qarşılaşa bilərsiniz
-
Kriminal20 İyun 23:48Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü
-
İdman20 İyun 23:36Qurban Qurbanov təsdiqlədi: “Çox ciddi danışıqlar gedir”
-
Magazin120 İyun 23:12Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO
-
Maraq dünyası20 İyun 21:48Xəyanəti bağışlamağa hazır olan insanların SAYI HESABLANDI
-
Ekologiya20 İyun 21:36Ağstafaya yumurta boyda dolu yağdı - FOTO








.jpg)
















.jpg)










