DÇ-2026: Niderland İsveçi darmadağın etdi - YENİLƏNDİ
Bizi izləyin

İdman

DÇ-2026: Niderland İsveçi darmadağın etdi - YENİLƏNDİ

DÇ-2026: Niderland İsveçi darmadağın etdi - YENİLƏNDİ

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyunu başa çatıb.

Publika.az xəbər verir ki, Hyuston stadionunda keçirilən F qrupunun II turunun matçında Niderland millisi böyük hesabla qələbə qazanıb - 5:1.

Niderland millisinin heyətində Brayan Brobbi (5, 17) və Kodi Qakpo (47, 54) dubla imza atıblar. Daha bir qolu isə Krisensio Sammervill 89-cu dəqiqədə rəqib qapısından keçirib. İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Entoni Elanqa vurub.

Beləliklə Niderland 4 xalla ilk pilləyə yüksəlib.

xxx

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda növbəti qol vurulub.

Publika.az xəbər verir ki, Niderland millisi hesab arasındakı fərqi artırıb - 5:1.

Krisensio Sammervill 89-cu dəqiqədə fərqlənib.

xxx

22:24

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda növbəti qol vurulub.

Publika.az xəbər verir ki, İsveç millisi hesab arasındakı fərqi azaldıb - 4:1.

Entoni Elanqa 59-cu dəqiqədə fərqlənib.

xxx

22:18

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda növbəti qol vurulub.

Publika.az xəbər verir ki,Niderland millisi hesab arasındakı fərqi artırıb - 4:0.

Kodi Qakpo 54-cü dəqiqədə komandasının 4-cü qolunu vurub.

xxx

22:11

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda növbəti qol vurulub.

Publika.az xəbər verir ki, Niderland millisi hesab arasındakı fərqi artırıb - 3:0.

Kodi Qakpo 47-ci dəqiqədə fərqlənib.

xxx

22:06

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda ikinci hissə başlayıb.

Publika.az xəbər verir ki, hazırda Niderland millisi hesabda 2:0 öndədir.

Brayan Brobbi 5 və 17-ci dəqiqədə fərqlənib.

xxx

21:52

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda ilk hissə başa çatıb.

Publika.az xəbər verir ki, "narıncılar" fasiləyə öndə yollanıblar - 2:0.

Brayan Brobbi 5 və 17-ci dəqiqədə fərqlənib.

xxx

21:22

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda ikinci qol vurulub.

Publika.az xəbər verir ki, "narıncılar" hesab arasındakı fərqi artırıb - 2:0.

Brayan Brobbi 17-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb

xxx

21:10

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda ilk qol vurulub.

Publika.az xəbər verir ki, Niderland millisi matçda hesabı açıb.

5-ci dəqiqədə Brayan Brobbi fərqlənib.

xxx

21:00

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyunu başlayıb.

F qrupunun II turunun matçı Hyuston stadionunda keçirilir.

Qarşılaşmanın baş hakimi ingiltərəli FIFA referisi Maykl Oliverdir.

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm