DÇ-2026: Almaniya Fildişi Sahilini son anda məğlub etdi - YENİLƏNDİ
Bizi izləyin

İdman

DÇ-2026: Almaniya Fildişi Sahilini son anda məğlub etdi - YENİLƏNDİ

DÇ-2026: Almaniya Fildişi Sahilini son anda məğlub etdi - YENİLƏNDİ

Futbol üzrə dünya çempionatında Almaniya Fildişi Sahili millisi üzərində qələbə qazanıb.

Publika.az xəbər verir ki, Toronto stadionunda keçirilən E qrupunun II turunun matçında avropalılar 2:1 hesabı ilə qalib gəliblər.

Hesabı afrikalılardan Frans Kessi (30) açıb. Bundestimin heyətində isə Deniz Undav (68, 90+4) dubl müəllifi olub.

Qeyd edək ki, bu qrupun digər oyununda, saat 04:00-da Ekvador Kurasao ilə qarşılaşacaq.

xxx

01:32

Futbol üzrə dünya çempionatının Almaniya - Fildişi Sahili oyununda ikinci qol vurulub.

Publika.az xəbər verir ki, Toronto stadionunda keçirilən E qrupunun II turunun matçında avropalılar hesabı bərabərləşdiriblər - 1:1.

68-ci dəqiqədə Deniz Undav adını tabloya yazdırıb.

xxx

01:08

Futbol üzrə dünya çempionatının Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb.

Publika.az xəbər verir ki, Toronto stadionunda keçirilən E qrupunun II turunun matçında afrikalılar hesabda irəlidədirlər - 1:0.

30-cu dəqiqədə Frans Kessi fərqlənib.

xxx

00:52

Futbol üzrə dünya çempionatının Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib.

Publika.az xəbər verir ki, Toronto stadionunda keçirilən E qrupunun II turunun matçında afrikalılar hesabda irəlidədirlər - 1:0.

30-cu dəqiqədə Frans Kessi fərqlənib.

xxx

00:32

Futbol üzrə dünya çempionatının Almaniya - Fildişi Sahili oyununda ilk qol vurulub.

Publika.az xəbər verir ki, Toronto stadionunda keçirilən E qrupunun II turunun matçında afrikalılar hesabda irəli çıxıblar - 1:0.

30-cu dəqiqədə Frans Kessi fərqlənib.

xxx

00:00

Futbol üzrə dünya çempionatının Almaniya - Fildişi Sahili oyunu başlayıb.

Publika.az xəbər verir ki, E qrupunun II turunun matçı Toronto stadionunda keçirilir.

Qarşılaşmanı paraqvaylı FIFA referisi Juan Benites idarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm