İdman
Yamal Ronaldonu ötdü
“Barselona”nın cinah hücumçusu Lamin Yamal La Liqada ayın ən yaxşı oyunçusu mükafatlarının sayına görə “Real”ın sabiq forvardı Kriştiano Ronaldonu geridə qoyub.
Publika.az xəbər verir ki, aprel ayında vinger dördüncü dəfə La Liqanın ən yaxşı futbolçusu seçilib, halbuki Ronaldo bu mükafatı üç dəfə qazanmışdı.
Yamal 2024-cü ilin sentyabrında, 2025-ci ilin noyabr və dekabr aylarında, eləcə də 2026-cı ilin aprelində ayın ən yaxşısı olub. Ronaldo isə bu mükafatı 2013-cü ilin noyabrında, 2015-ci ilin mayında və 2017-ci ilin mayında əldə etmişdi.
Qeyd edək ki, La Liqada ayın ən yaxşı futbolçusu mükafatı 2013-cü ildən təqdim olunur. Ronaldo 2009–2018-ci illərdə “Real”ın formasını geyinib.
-
Magazin119:48Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO
-
Dünya19:24Tramp Corcia Meloni ilə dostluq münasibətlərinə SON QOYDU
-
Hadisə19:12Sumqayıtda yaşayış binasında PARTLAYIŞ - Xəsarət alanlar var
-
İqtisadi gündəm18:24Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək
-
ABŞ17:10Meloni ABŞ-a rədd cavabı verdi - Tramp
-
Sağlamlıq16:44Ürəyində problem olanların nəzərinə - Suyu qədərincə için!
-
Magazin115:33Flora Kərimova xəstəxanadan evə buraxıldı
-
Digər14:57Bu ölkə vizaların qiymətini beş dəfə artırdı




































