İdman
Fiziyev Bakıya gəldi
Milli Gimnastika Arenasında iyunun 27-də keçiriləcək “UFC Fight Night Baku” turnirinin əsas döyüşünün iştirakçısı olan Rafael Fiziyev Bakıya gəlib.
Publika.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan döyüşçüsünü Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşləri və yaxınları qarşılayıblar.
O, qurumun mətbuat xidmətinə qarşıdakı döyüşlə bağlı açıqlama verib:
“Yenidən Bakıya, doğma Azərbaycana qayıtmaq çox xoş hissdir. Qarşıda məni vacib və məsuliyyətli döyüş gözləyir. Özümü əla hiss edirəm, motivasiyam yüksəkdir və tam hazıram. Hazırda bütün diqqətim döyüşə yönəlib və səbirsizliklə oktaqona çıxacağım anı gözləyirəm. Şənbə günü azarkeşləri möhtəşəm döyüş gözləyir. Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır. Bu dəfə də fərqli olmayacaq”.
O, rəqibini incələdiklərini vurğulayıb:
“Rəqibimin döyüşlərini birinci raundda başa vurması ilə bağlı söhbətlərə gəlincə, MMA-da hər şey bir anın içində dəyişə bilər. Bir zərbə, bir səhv bütün döyüşün taleyini həll edə bilər. Rəqibim aqressiv üsluba malikdir, daim irəli gedir və zərbələrinə tam gücünü qoyur. Son döyüşlərinin bir neçəsini ilk raundda başa vurub. Amma bu mənim hazırlığıma və yanaşmama təsir etmir. Oktaqonda hər şey mümkündür. Bu döyüşə gedən yol uzun olub. İllərlə çalışmışıq və indi bütün zəhmətin bəhrəsini göstərmək vaxtıdır. Bütün azarkeşlərimizi arenaya dəvət edirəm. Sizin dəstəyiniz bizə əlavə güc verir. İnanıram ki, tribunaların enerjisini hiss edərək Azərbaycanı layiqincə təmsil edəcəyik. Şənbə günü birlikdə möhtəşəm atmosfer yaradaq”.
Turnir 27 iyunda Milli Gimnastika Arenasında baş tutacaq. Əsas döyüşdə, yüngül çəki dərəcəsində Rafael Fiziyev və Manuel Torres (Meksika) oktaqonda üz-üzə gələcəklər.
-
İqtisadi gündəm18:24Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək
-
ABŞ17:10Meloni ABŞ-a rədd cavabı verdi - Tramp
-
Sağlamlıq16:44Ürəyində problem olanların nəzərinə - Suyu qədərincə için!
-
Magazin115:33Flora Kərimova xəstəxanadan evə buraxıldı
-
Digər14:57Bu ölkə vizaların qiymətini beş dəfə artırdı
-
Digər13:43Boliviyada nümayişlərə görə fövqəladə vəziyyət elan edildi
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"







































