İdman
Aydın Süleymanlı Karlsenə şok yaşatdı
Şahmat üzrə 16-cı dünya şempionu və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqinin lideri, norveçli qrossmeyster Maqnus Karlsen Honkonqda keçirilən Dünya Komanda Rapid və Blits Çempionatında ardıcıl dörd oyunda məğlub olub.
Publika.az xəbər verir ki, Karlsen sürətli şahmatda hindistanlı Arkuna Erigaysi, erməni Şantu Sarkisyan, özbək Cavohir Sindarov və azərbaycanlı Aydın Süleymanlıya məğlub olub.
Qeyd etmək lazımdır ki, bu, 2005-ci ildən bəri Karlsenin ardıcıl dörd oyunda uduzduğu ilk haldır. O vaxt, 2005-ci ildə, onun 14 yaşı var idi. Gənc Maqnus Niderlandın Şagen şəhərində keçirilən turnirdə iki sürətli oyunda, daha sonra isə Norveçin Moss şəhərində keçirilən turnirdə klassik vaxt nəzarətində daha iki oyunda uduzmuşdu.
Yalnız sürətli şahmat turnirlərini nəzərə alsaq, Maqnus karyerasında ilk dəfə ardıcıl dörd oyunda məğlub oldu. Norveçli bu seriyaya görə canlı reytinqdə 28,8 xal itirdi.
-
Region06:51ABŞ İrana hücum etdi: Qeşm adasında xəsarət alanlar var - Yeniləndi
-
Sosial06:16Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı - Foto
-
ABŞ03:19Ağ Evdən COVID-19 virusu ilə bağlı şok açıqlama
-
Ekopublika.az01:20Mərkəzi Bank sədrindən manatla bağlı vacib açıqlama - Məzənnə dəyişəcək?
-
İdman29 İyul 23:55FİFA Argentina millisinə qarşı üç maddə üzrə araşdırma başlatdı
-
Magazin229 İyul 21:39"MasterChef"in qalibi evində ölü tapıldı - Foto
-
Nida Xəbər 29 İyul 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil29 İyul 18:10Magistratura imtahanının nəticələri elan olundu















.jpg)


















