İdman
Peresin sensasion planı: Görün "Real"a kimi baş məşqçi gətirmək istəyir
"Real"da artıq yeni baş məşqçi axtarışı aparılır.
Publika.az xəbər verir ki, hazırda komandanın "sükanı arxasında" olan Alvaro Arbeloanın mövsüm başa çatdıqdan sonra vəzifəsindən ayrılacağı gözlənilir.
"MatchDay Central"ın məlumatına görə, klubun prezidenti Florentino Peres PSJ-də uğurla çalışan Luis Enrikenin dəvət olunması imkanını nəzərdən keçirir.
“Real” rəhbərliyi hesab edir ki, 55 yaşlı mütəxəssis komandanın problemlərini həll edə bilər. Enrikenin Paris klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
O, futbolçu karyerası ərzində 1991–1996-cı illərdə “Real”ın formasını geyinib, bundan sonra isə "Barselona"ya keçib.
Ötən mövsüm ispaniyalı məşqçi PSJ-i tarixində ilk dəfə Çempionlar Liqasının qalibi edib.
Heybət
-
ABŞ17:10Meloni ABŞ-a rədd cavabı verdi - Tramp
-
Sağlamlıq16:44Ürəyində problem olanların nəzərinə - Suyu qədərincə için!
-
Magazin115:33Flora Kərimova xəstəxanadan evə buraxıldı
-
Digər14:57Bu ölkə vizaların qiymətini beş dəfə artırdı
-
Digər13:43Boliviyada nümayişlərə görə fövqəladə vəziyyət elan edildi
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi





































