İdman
DÇ-2026-nın mükafat fondu artırılır: Narazılıqlar var
FİFA 2026-cı il dünya çempionatının mükafat fondunu bəzi milli assosiasiyaların final turnirində yüksək əməliyyat xərcləri ilə bağlı narazılğından sonra artıracaq.
Publika.az xəbər verir ki, bu barədə PA agentliyi məlumat yayıb.
Bəzi Avropa milli komandaları Şimali Amerikada keçiriləcək turnirdə iştirakın onlara maliyyə itkisi gətirə biləcəyindən ehtiyatlandıqlarını bildiriblər. Səbəb kimi xərclərin 4 il əvvəl Qətərdə keçirilən turnirlə müqayisədə xeyli yüksək olacağı göstərilib.
Bundan sonra FİFA dünya üzrə milli assosiasiyalarla bu mövzuda danışıqlar aparıb və indi həm iştirakçı komandalar üçün mükafatların, həm də 211 üzv assosiasiyanın hər birinə yönələn inkişaf maliyyələşməsinin artırılması planlaşdırılır.
FİFA-nın Vankuverdə 28 aprel 2026-cı il tarixində keçiriləcək Şura iclasından əvvəl verdiyi açıqlamaya görə, təşkilat bütün dünyadakı assosiasiyalarla mümkün gəlir artımı barədə danışıqları davam etdirir. Bu, DÇ-2026-ya vəsiqə qazanan komandalar üçün ödənişlərin artırılmasını və bütün 211 üzv assosiasiyaya yönələn inkişaf maliyyələşməsinin yüksəldilməsini əhatə edir.
Dekabr ayında FİFA 48 komanda arasında bölüşdürülmək üçün 727 milyondollar həcmində rekord mükafat fondu təsdiqləmişdi. Bunun içində qalib komandaya 50 milyon dollar ödəniş nəzərdə tutulurdu. Fevralda isə Avropa assosiasiyalarının rəsmiləri bildiriblər ki, bu rekord rəqəmə baxmayaraq, ABŞ-da vergilərin ştatdan ştata dəyişməsi və ümumi xərclərin yüksək olması ciddi narahatlıq yaradır.
Hazırda FİFA turnirdən əvvəl bütün konfederasiyalarla danışıqları davam etdirir və yekun detalların daha sonra açıqlanacağı bildirilir.
Heybət
-
ABŞ17:10Meloni ABŞ-a rədd cavabı verdi - Tramp
-
Sağlamlıq16:44Ürəyində problem olanların nəzərinə - Suyu qədərincə için!
-
Magazin115:33Flora Kərimova xəstəxanadan evə buraxıldı
-
Digər14:57Bu ölkə vizaların qiymətini beş dəfə artırdı
-
Digər13:43Boliviyada nümayişlərə görə fövqəladə vəziyyət elan edildi
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi





































