İdman
Azərbaycan millisinin sabiq üzvü oğlunun PSJ-dəki gələcəyindən danışdı
Azərbaycan milli komandasının sabiq futbolçusu Badri Kvaratsxeliya oğlu - PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya haqqında danışıb.
Publika.az xəbər verir ki, o, Kvaranın komandasını dəyişə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib:
“Xviça çox güclü və uğurlu bir klubda çıxış edir. Orada onu sevirlər və ona güvənirlər. O, hazırda Çempionlar Liqasının qalibi olan və bu mövsüm turnirin yarımfinalçısı olan komandanın əsas oyunçularından biridir. Belə olan halda niyə başqa yerə getməyi düşünsün?!
Əgər Paris klubu artıq əməkdaşlığı davam etdirmək istəməsə, biz də ayrılıq barədə düşünərik. Amma hazırkı mərhələdə bu mövzu ümumiyyətlə müzakirə olunmur. Klubunda o, Fransa millisinin aparıcı futbolçuları ilə rəqabət aparsa da, nadir hallar istisna olmaqla, Xviça daim əsas heyətin üzvüdür. Klub rəhbərliyi də onun komanda üçün əvəzolunmaz oyunçu olduğunu vurğulayır.
Bəli, tez-tez “Arsenal” və ya digər İngiltərə klublarının marağı ilə bağlı xəbərlər yayılır, amma oğlum belə məlumatlara diqqət yetirmir. O, Avropanın ən yaxşı komandalarından birində çıxış edən görkəmli futbolçudur, onu qiymətləndirirlər, sevirlər və onun üçün oynayırlar. Belə olan halda niyə klubunu dəyişmək barədə düşünsün?!
Xviça yalnız komandanın maraqlarını düşünür, kluba necə kömək edəcəyini və öz vətənini necə tanıdacağını fikirləşir”.
Badri futbol agenti Mamuka Cuqelinin artıq oğlunun maraqlarını təmsil etmədiyini də bildirib:
“Mamuka Cuqeli artıq Xviçanın agenti deyil. Bu qərar hər iki tərəfin qarşılıqlı razılığı ilə qəbul olunub. Biz birlikdə əməkdaşlığı dayandırmaq qərarına gəldik. Mamuka Cuqeli agent kimi Xviçanın karyerasının inkişafında çox mühüm rol oynayıb. Biz Mamukaya bu illər ərzində Xviça üçün etdiklərinə görə təşəkkür etdik, bir-birimizə uğurlar arzuladıq və sağollaşdıq.
Hazırda Xviçanın agenti yoxdur. Təkliflər var, Kvaratsxeliya ilə əməkdaşlıq etmək istəyənlər çoxdur və aydındır ki, onun kiminlə işləyəcəyinə Xviçanın özü və ailə üzvləri qərar verəcək”.
Qeyd edək ki, Badri Kvaratsxeliya futbolçu kimi ölkəmizdə "Kəpəz" və "Şəmkir" klublarında çıxış edib, "Standard", "Qəbələ" və "Turan"da məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib. Futbolçu kimi Azərbaycan millisinin də formasını geyinib.
Heybət
-
Digər10:13Karnidən Rusiyaya çağırış: "Təcavüzkar müharibəni dərhal dayandırın!"
-
Region10:04Anna bunkerdə oturub əsgərlərimizin dronla parçalanmasını izləyirdi - Erməni əsgər anası
-
MDB09:55Briqadanın 786 əsgəri döyüşdə itkin düşdü - Şok iddia
-
Region09:19Paşinyanın keçdiyi yollara belə cadu etdilər - VİDEO
-
Region08:00Türkiyədə güclü zəlzələ oldu
-
İdman06:46Mbappe Əşrəflə bağlı ifadə verdi
-
Nida Xəbər 06:16Leyla Əliyeva Bakıda toyda - VİDEO
-
ABŞ04:14Ağ Evin ətrafında tətbiq edilən izolyasiya rejimi ləğv edildi













.webp)



















