İdman
Qapıçı möhtəşəm qol vurdu, amma... - VİDEO
Ternopolun “Niva”sı ilə “Bukovina” arasında keçirilən oyunda maraqlı və bir qədər də kurioz epizod yaşanıb.
Publika.az xəbər verir ki, Ternopol təmsilçisinin qapıçısı İlya Olhovoy inanılmaz zərbə ilə yadda qalıb, lakin bu qol kimi qeydə alınmayıb.
Qapıçı öz qapısından sərbəst zərbə yerinə yetirərkən topa güclü zərbə endirib. Top bütün meydanı keçərək rəqib qapıçının üzərindən aşıb və tora daxil olub. Epizod nə qədər baxımlı olsa da, hakim qolu hesaba almayıb.
Bunun səbəbi qaydalarla bağlıdır: sərbəst zərbədən sonra topun qol kimi qeydə alınması üçün ən azı bir başqa oyunçuya toxunması tələb olunur. Bu epizodda isə heç bir futbolçu topun trayektoriyasını dəyişmədiyi üçün qol etibarsız sayılıb və oyun davam etdirilib.
Qeyd edək ki, qarşılaşma “Bukovina”nın 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb.
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:5318 milyonluq alma yoxa çıxdı - Biznesmenden film kimi cinayət
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi
-
İdman10:26Arda Gülər: "Bacarmadıq, utanırıq!"
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi


































