Maraq dünyası
Yadplanetlilər Yerdə bunlarla qidalana bilərlər - Yeni iddia
Yadplanetlilərin Yer kürəsində qidalana biləcəyi ehtimal edilən vasitələr barədə yeni iddialar oralığa atılıb.
Publika.az xəbər verir ki, bu barədə Valensiya Universitetinin professoru, dietoloq Xose Migel Soriano del Kastilyo "The Conversation" nəşrindəki məqaləsində məlumat yayıb.
Alim xəbərdarlıq edir ki, planetimiz yerdənkənar həyat nümayəndələri üçün "təhlükəli ziyafət" məkanına çevrilə bilər.
Mütəxəssisin fikrincə, yadplanetlilərin təməl biologiyası insanlarla oxşar olsa belə, insanlar üçün təhlükəsiz sayılan qidaların onların həzm sistemi ilə uyğun gələcəyinə heç bir zəmanət yoxdur. Onun sözlərinə görə, yerdənkənar sivilizasiya nümayəndələri çox güman ki, bizim üçün ənənəvi olan qidalardan daha çox, Yer üzündə tapacaqları "xam maddələrə" üstünlük verəcəklər.
Kastilyo izah edib ki, onlar öz həyat fəaliyyətlərini su, azot, fosfor, dəmir, duzlar, lipidlər, mikrob biokütləsi və ya sadə üzvi molekullar hesabına qoruya bilərdilər. Eyni zamanda, Hollivudun "Yadplanetli" filmindəki personajın yediyi konfetlər qida kimi çox ehtimal ki, onlara yaramayacaq.
Bununla yanaşı, ekspert xəbərdarlıq edib ki, Yerin ətraf mühiti yadplanetlilər üçün potensial toksin, patogen və allergen ola biləcək maddələrlə də zəngindir. Bundan əlavə, zülal və ya şəkər kimi bəzi birləşmələr qida kimi onlar üçün tamamilə yararsız ola bilər.
Kastilyo iddia edir ki, gələcəkdə bəşəriyyət yerdənkənar sivilizasiya ilə təmasa keçərsə, yadplanetlilərin qidalanması üzrə xüsusi mütəxəssislərin hazırlanmasına ehtiyac yaranacaq. Bu, kosmosun digər yerlərindən gələn varlıqlar üçün hansı enerjinin və hansı miqdarda tələb olunduğunu müəyyən etməyə imkan verəcək. Professorun sözlərinə görə, həmçinin bu cür orqanizmlərdə resursların ötürülməsinin necə baş verdiyini öyrənmək lazım gələcək. (Oxu.az)
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)













