İdman
Ronaldo anons verdi: Karyeramın sonu yaxınlaşır...
Portuqaliyalı hücumçu, "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo futbolçu karyerasının sonuna yaxınlaşdığını açıqlayıb.
Publika.az xəbər verir ki, onun sözlərini jurnalist Fabritsio Romano yayımlayıb.
"Karyeramın sonu yaxınlaşır, gəlin hər oyundan zövq alaq. Mən təkcə bu nəsil üçün deyil, əvvəlki və gələcək nəsillər üçün də oynamağa davam edirəm. Gündən-günə, oyundan-oyuna, ildən-ilə bundan zövq alıram, hətta karyeramın sonuna yaxınlaşdığımı bilsəm də. Bu, faktdır.
Karyeram möhtəşəm olub və mən bunun belə davam etməsini istəyirəm. Hələ də bundan zövq alıram, qollar vurmağa davam edirəm. Amma ən əsası qələbədir. Biz həqiqətən çempionluğu qazanmaq istəyirik".
Xatırladaq ki, Ronaldo ötən gün Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunda "Əl-Əhli" ilə oyunda (2:0) karyerasının 970-ci qolunu vurub. Cari mövsümdə 41 yaşlı hücumçu yüksək məhsuldarlıq nümayiş etdirir. O, bütün turnirlərdə 32 oyunda 27 qol vurub və 4 məhsuldar ötürmə edib.
"Əl-Nəsr" hazırda çempionatda liderdir və "Əl-Hilal"ı 8 xal qabaqlayır. Komanda növbəti oyununu mayın 3-də saat 21:00-da səfərdə "Əl-Qadisiyə"yə qarşı keçirəcək.
Heybət
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi
-
Magazin207:55Selenanın həyat yoldaşı yeni imici ilə gündəm oldu - Foto
-
Sosial07:15Qırğızıstanlı qadına Bakıda elə bir jest etdilər ki... - Çəkdiyi video marağa səbəb oldu
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi






.jpg)

























