İdman
Ronaldo azarkeşlərə səsləndi - “Yol asan deyildi, amma...”
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo ölkə çempionatındakı qələbədən sonra azarkeşlərə müraciət edib.
Publika.az xəbər verir ki, o, müraciətini sosial şəbəkə hesabında paylaşıb.
"İlk gündən nə istədiyimizi və buna nail olmaq üçün nələrin tələb olunduğunu bilirdik. Biz çalışdıq, mübarizə apardıq və hər məşqdə, hər oyunda əlimizdən gələni etdik. Yol asan deyildi, amma biz bunu birlikdə keçdik", - deyə Ronaldo bildirib.
Çempionatın sonuncu - 34-cü turunda "Əl-Nəsr" öz meydanında "Damak"ı 4:1 hesabı ilə darmadağın edərək 86 xalla turnir cədvəlini birinci pillədə tamamlayıb. Bu, Ronaldonun 2023-cü ildə komandaya qoşulmasından bəri əldə etdiyi ən böyük uğurdur; bundan əvvəl komanda yalnız ikinci yeri tuta bilmişdi.
Matçda Ronaldonun dubl etdiyi qarşılaşmada, digər qolları Sadio Mane və Kinqsli Koman vurublar. Qonaqların yeganə qolunu isə 57-ci dəqiqədə penaltidən Morlay Silla qeydə alıb.
Ronaldo çempionatı 28 qolla başa vuraraq "Əl-Nəsr"in bombardiri olub. O, turnirin bombardirləri siyahısında "Əl-Əhli"dən olan ingiltərəli Ayvan Tonidən (32 qol) sonra ikinci pillədə qərarlaşıb.
Xatırladaq ki, fevral ayında Ronaldo klub rəhbərliyindən narazılığı səbəbindən "Əl-Nəsr"in oyunlarını boykot etmişdi.
Hüseyn İbadlı
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

























.jpg)








