İdman
İran yığması ABŞ-dan Meksikaya köçdü
İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib ki, FİFA təlim-məşq düşərgəsinin Arizona ştatının Tuson şəhərindən Meksika sərhəd şəhərinə köçürülməsi ilə bağlı tələbi təsdiqləyib.
Publika.az xəbər verir ki, bu, viza ilə bağlı çətinliklərin qarşısını almağa və komandanın “Iran Air” reysləri ilə birbaşa Meksikaya uçmasına imkan verəcək.
İran Dünya Kuboku qrup mərhələsinin ilk iki oyununu Los-Ancelesdə – 15 iyunda Yeni Zelandiya və 21 iyunda Belçika ilə – keçirəcək , daha sonra isə 26 iyunda Sietlda Misirlə qarşılaşacaq.
“Los-Ancelesdəki oyun məkanı ilə bizim aramızdakı ümumi məsafə 55 dəqiqəlik uçuş məsafəsidir”, – Tac bildirib.
O əlavə edib ki, Tixuana Arizonada əvvəllər planlaşdırılan təlim-məşq toplanışı yerindən daha yaxındır.
DÇ-2026 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
-
Səhiyyə11:10Azərbaycanda xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?
-
Nida Xəbər 10:40"İndiki deputatlara qibtə edirəm" - Akademiklə müsahibə
-
MDB10:04Bu tapıntı rusları varlandıracaq - "Kola aşkroftini" qızıldan da baha imiş
-
Maraq dünyası09:18"Şarkzilla" amerikalıları qorxuya saldı - Balina yeyir, sürətlə böyüyür
-
ABŞ09:00Ən irimiqyaslı bombardmanlardan birinə hazırlıq gedir - ABŞ və İsrail bu həftəsonu İranı vuracaq
-
Art08:24Nəriman Həsənzadə vəfat etdi
-
Magazin107:55Aparıcı gələcək gəlinləri ilə bağlı arzusunu açıqladı: başqasını istəmirəm...
-
Hadisə07:15Azərbaycanda zəlzələ oldu




















.jpg)





.jpg)

.jpg)








