İdman
Osimhenlə bağlı yeni şayiə – Bu komandalar da…
“Football Italia”nın məlumatına görə, Nigeriya millisinin və “Qalatasaray”ın hücumçusu Viktor Osimhenin gələcəyi yay transfer pəncərəsi ərəfəsində sual altındadır.
Publika.az xəbər verir ki, 27 yaşlı futbolçu Nigeriya millisinin 3 iyunda Polşa ilə yoldaşlıq oyunu üçün heyətə daxil edilməyib. Milli komandanın baş məşqçisinin sözlərinə görə, mümkün transferlə bağlı vəziyyət oyunçunun millidə oynamağa tam diqqət yetirməsinə mane ola bilər.
Bildirilir ki, Osimhen guya “Çelsi” ilə danışıq aparır. Amma futbolçu açıqlama verərək bu xəbəri təkzib etdi. Buna baxmayaraq söz-söhbət səngimir.
Mənbənin məlumatına görə, Osimhenlə “Yuventus” və “Roma” da daxil olmaqla bir neçə Seriya A klubu da maraqlanır.
Nigeriyalı futbolçunun gələcəyi ilə bağlı qərar bu yay verilə bilər. Bu mövsüm Türkiyə liqasında Osimhen 22 matçda 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Çempionlar Liqasında isə o, 10 matçda 7qol vurub və 3 məhsuldar ötürmə edib.
-
Rəsmi xronika17:03İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - YENİLƏNDİ
-
Səhiyyə15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 14:45Əli Əsədov sərəncam imzaladı
-
MDB13:55Bu ölkə separatçı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını geri götürdü
-
MDB13:07Rusiya müharibənin bitəcəyi tarixi açıqladı: Bunu istəyirik
-
ABŞ12:20ABŞ siyasətində şok statistika: Ən çox söyüş söyən prezidentlər bəlli oldu
-
Nida Xəbər 12:08Azərbaycan və Mərkəzi Asiya: Yeni geosiyasi əməkdaşlıq modeli - TƏHLİL
-
Magazin111:16Xalq artisti nəvəsini hərbi xidmətə yola saldı - FOTO


















.jpg)











.jpg)








