İdman
Millinin futbolçusu oyun vaxtı özünü 12 saniyəyə biabır etdi - Video
İsveçrə ilə İordaniya arasında keçirilən yoldaşlıq oyunu sosial şəbəkələrdə geniş müzakirə olunan maraqlı epizodla yadda qalıb.
Publika.az xəbər verir ki, Avropa komandası 1:0 hesabı ilə öndə olduğu vaxt rəqib komandasının liderlərindən biri olan Musa Əl-Tamari təşəbbüsü öz üzərinə götürərək komanda yoldaşlarını yüksək pressinqə keçməyə çağırıb. Bununla o, faktiki olaraq məşqçilər korpusunun hazırladığı oyun planından kənara çıxmağı təklif edib. Lakin hadisələrin sonrakı inkişafı onun planının uğursuz olduğunu göstərib.
Top oyuna daxil edildikdən dərhal sonra isveçrəlilər cəmi bir neçə ötürmə ilə pressinqdən çıxaraq demək olar ki, bütün meydanı keçiblər və təkbətək vəziyyət yaradıblar. Hücumu Dan Ndoye dəqiq zərbə ilə başa vurub. Bütün bu hadisələr cəmi 12 saniyə ərzində baş verib.
Epizod qısa müddətdə viral xarakter alıb. Azarkeşlər zarafatla qeyd ediblər ki, Əl-Tamari məşqçilərin niyə matçın gedişində spontan taktiki eksperimentləri hər zaman dəstəkləmədiyini öz təcrübəsində görüb.
Bununla belə, İordaniya millisinin futbolçusu məhsuldar ötürmə müəllifi olub və 61-ci dəqiqədə əvəzlənib.
Matçın yekununda isə İsveçrə millisi rəqibini 4:1 hesabı ilə məğlub edib.
-
Səhiyyə15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 14:45Əli Əsədov sərəncam imzaladı
-
MDB13:55Bu ölkə separatçı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını geri götürdü
-
MDB13:07Rusiya müharibənin bitəcəyi tarixi açıqladı: Bunu istəyirik
-
ABŞ12:20ABŞ siyasətində şok statistika: Ən çox söyüş söyən prezidentlər bəlli oldu
-
Nida Xəbər 12:08Azərbaycan və Mərkəzi Asiya: Yeni geosiyasi əməkdaşlıq modeli - TƏHLİL
-
Magazin111:16Xalq artisti nəvəsini hərbi xidmətə yola saldı - FOTO
-
Rəsmi xronika10:34İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM



















.jpg)











.jpg)








