İdman
Qərarından peşman olmadığını açıqladı: Hər kəs bu təklifə “hə” deyərdi
Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Oskar 2017-ci ildə “Çelsi”dən “Şanxay Port”a keçidi barədə danışıb.
Publika.az xəbər verir ki, Oskar bu qərarına görə peşman olmadığını bildirib:
“Əlbəttə ki, o vaxtlar hər kəs bunun çox böyük məbləğ olduğunu bildirdi. Mən getdim, çünki o vaxtlar “Çelsi”də oynamırdım. Avropa klublarına, eləcə də Çinə keçmək imkanım var idi. Mənə təsirli, həqiqətən də böyük bir müqavilə təklif edildi. Amma mənim üçün vacib olan təkcə pul deyildi: yeni bir mədəniyyət yaşamaq istəyirdim.
Futbol dəyişib, indi görə bilərsiniz. Kriştiano Ronaldo, Benzema. Səudiyyə Ərəbistanına getdi, Futbolda həqiqətən yaxşı təklif alanda… Bu, sanki iş kimidir, bilirsinizmi? Əlbəttə ki, 20 il “Çelsi”də oynamaq istəyirdim, amma bəzən oynamırsan, bəzən ailən şəhərdən, bəzən məşqçidən narazı olursan.
Bəlkə də başqa bir Dünya Kubokunda oynaya bilərdim, “Çelsi”də daha yaxşı oyunlar keçirə bilərdim, amma düşünürəm ki, bu, düzgün qərar idi.
Əgər o vaxtlar məni tənqid edən hər kəsə bu təklif verilsəydi, 100 faiz “hə” deyərdilər. Bu normaldır, işdir. Sadəcə ehtirası nəzərə almaq olmaz, sizin üçün nəyin doğru olduğunu düşünməlisiniz”.
-
İdman23:12Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazandı
-
Magazin221:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
























.jpg)
.jpg)







