İdman
“Atletiko” və Braziliya millisinin sabiq üzvü öldü
"Atletiko Madrid"in və Braziliya millisinin sabiq hücumçusu, Leivinya soyadı ilə tanınan Joao Leiva Kampos Filio 76 yaşında dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə "hindular”ın mətbuat xidməti məlumat yayıb.
Ölümün səbəbi açıqlanmayıb. Futbolçu karyerası ərzində Leiva “Palmeyras”, “San- Paulo” kimi klublarda da çıxış edib.
Onun ən parlaq dövrü “Atletiko” və “Palmeyras”da olub. Leivinya Madrid klubunda dörd mövsümdə 93 oyun keçirib və 43 qol vurub. Braziliyalı hücumçu "Atletiko"ya 1976/77 mövsümündə İspaniya çempionluğunu və 1975/76 mövsümündə Kral Kubokunu qazanmağa kömək edib.
Joao "Palmeyras"da 267 oyun keçirib və 108 qol vurub. Bu komanda ilə iki Braziliya və iki San-Paulu ştat çempionluğunu qazanıb.
O, Braziliya millisində 21 oyun keçirib, yeddi qol vurub və bir məhsuldar ötürmə edib. DÇ-1974-də Braziliya millisinin heyətində olub.
Müəllif: Tural
-
ABŞ12:20ABŞ siyasətində şok statistika: Ən çox söyüş söyən prezidentlər bəlli oldu
-
Nida Xəbər 12:08Azərbaycan və Mərkəzi Asiya: Yeni geosiyasi əməkdaşlıq modeli - TƏHLİL
-
Magazin111:16Xalq artisti nəvəsini hərbi xidmətə yola saldı - FOTO
-
Rəsmi xronika10:34İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
-
Köşə09:33Axı “Qarabağ” niyə belə edir?
-
Maraq dünyası09:27Marsda “yadplanetli raketi" tapıldı: "Qırmızı planet" belə məhv edilib - FOTO
-
Avropa07:30Monastırda sensasion kəşf
-
Magazin206:1650 yaşlı Şarliz Teron qala gecəsində göz oxşadı














.jpg)














.jpg)







