Dünya
Zelenskiyə qarşı sui-qəsd çağırışı: Polşada 40 yaşlı şəxs saxlanıldı
Polşada sosial mediada Ukrayna prezidenti Vladimir Zelenskinin öldürülməsinə çağırış etdiyi iddia olunan 40 yaşlı şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, Novı Sonç şəhərində yaşayan şübhəlinin sosial media paylaşımları ilə bağlı polis tərəfindən sübutlar toplanıb.
Onun barəsində "ictimai şəkildə qətlə təhrik etmə" və "Ukrayna prezidentini təhqir etmə" maddələri ilə cinayət işi başlanılıb.
Polisin məlumatına görə, şübhəli dindirilmə zamanı əməlinə görə peşman olduğunu, paylaşımı emosiyalarının təsiri altında etdiyini bildirib.
Polşa qanunvericiliyinə əsasən, ittihamlar məhkəmədə sübuta yetirilərsə, o, 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Hadisə ilə bağlı istintaq davam edir.
Müəllif: Roza
-
Hadisə22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Sağlamlıq19:12Saç tökülməsinin ümumi səbəbləri - Gər gün neçə tel itirilə bilər?
-
Region19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin118:48Faiq Ağayevə ağır itki üz verdi
-
İdman18:12Bakıda ilk dəfə keçiriləcək dünya çempionatı ilə bağlı SENSASİON İDDİA
-
İqtisadi gündəm17:26Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb

































