İdman
“Qara canavar”ın çox sirləri var - Nazim Sadıxov
“Deməzdim ki, qarşıdakı görüşdə rəqibi yerə yıxıb onu nokaut etməyə fokuslanmışam. Mən hər komponentdə ondan güclüyəm. Müxtəlif üsullarla ona qalib gələ bilərəm. Ondan daha təhlükəliyəm və böyük təcrübəm var”.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri “UFC Fight Night: Fiziev vs. Torres” turniri ərəfəsində keçirilən mətbuat konfransında azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov deyib.
Hazırda ABŞ-da hazırlıq keçən idmançı məşq prosesindən danışıb:
“Hazırlıq əla gedir. Məşq prosesimdə çox şeyi dəyişmişəm. Növbəti bazar günü Bakıda olacağam. Arzum idi ki, bir gecəlik xalqımızı sevindirim. Sevinirəm ki, bu arzumu reallaşdırdım”.
Sadıxov ötən ilin dekabrında ABŞ-nin Las-Veqas şəhərində keçirilən UFC 323 turnirində fransalı Fares Ziamaya nokautla məğlub olduğu döyüşdən sonra motivasiyasını necə bərpa etdiyindən də danışıb:
“Məğlub da olsan, qalib də gəlsən, keçmişi unutmalısan. Bir ay çox məyus oldum. Daha sonra qarşıdakı döyüşlərə fokuslandım. Ən yaxşısı hələ irəlidədir. “Qara canavar”ın çox sirləri var. Bəlkə də yeni sürprizlər sizi gözləyir.
Qeyd edək ki, Nazim Sadıxovun rəqibi Mateus Kamilo olacaq. Görüş Bakı Gimnastika Arenasında keçiriləcək.
Sadıqov buna qədər UFC-də 4 döyüş keçirib və 1 qələbə qazanıb. 2 görüş məğlubiyyətlə, 1-i isə heç-heçə başa çatıb.
-
ABŞ12:20ABŞ siyasətində şok statistika: Ən çox söyüş söyən prezidentlər bəlli oldu
-
Nida Xəbər 12:08Azərbaycan və Mərkəzi Asiya: Yeni geosiyasi əməkdaşlıq modeli - TƏHLİL
-
Magazin111:16Xalq artisti nəvəsini hərbi xidmətə yola saldı - FOTO
-
Rəsmi xronika10:34İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
-
Köşə09:33Axı “Qarabağ” niyə belə edir?
-
Maraq dünyası09:27Marsda “yadplanetli raketi" tapıldı: "Qırmızı planet" belə məhv edilib - FOTO
-
Avropa07:30Monastırda sensasion kəşf
-
Magazin206:1650 yaşlı Şarliz Teron qala gecəsində göz oxşadı















.jpg)













.jpg)







