İdman
Meşədə qarajda yaşayırmış – Ukraynalı ulduz Rusiyada başına gələnlərdən danışdı
Ukrayna millisinin yarımmüdafiəçisi Aleksandr Zinçenko 2014-cü ildə Donetsk “Şaxtyor”undan ayrıldıqdan sonra Rusiyada keçirdiyi dövr haqqında danışıb.
Publika.az xəbər verir ki, o, bu barədə “Bombardier” YouTube kanalına verdiyi müsahibədə danışıb.
Zinçenkonun sözlərinə görə, o, həmin vaxt yetkinlik yaşına çatmadığı üçün Ukrayna ilə Rusiya arasında baş verən hadisələri tam başa düşmürmüş. Futbolçu bir müddət Moskvada çətin həyat şəraitində yaşadığını etiraf edib.
“Mən qarajda yaşayırdım. Əsl qaraj idi. Yatağım, tualetim və duşum var idi. Meşədə yerləşən qaraj idi. Formada qalmaq üçün hər gün bu meşədə qaçırdım”, – Zinçenko deyib.
O, həmçinin təkbaşına məşq etdiyini, formada qalmağa çalışdığını və karyerasını davam etdirmək üçün fürsətlər axtardığını da qeyd edib.
Futbolçu əlavə edib ki, formada qalmaq üçün bir ili küçələrdə, meşələrdə və həvəskar turnirlərdə keçirdib.
Qeyd etmək lazımdır ki, Zinçenko 2014-cü ilin yayında “Şaxtyor”dan ayrılıb. O vaxt “Rubin Kazan” yarımmüdafiəçini transfer etməyi düşünürdü. Nəticədə, 2015-ci ilin fevral ayında Zinçenko “Ufa” ilə müqavilə imzaladı və bir il sonra oradan “Mançester Siti”yə keçdi.
Müəllif: Tural
-
Sağlamlıq02:42Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
ABŞ00:15ABŞ-ın məxfi "51-ci Zona"sında GÜCLÜ YANĞIN
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ilham mənbələri tapa bilərsiniz
-
Səhiyyə30 İyul 23:48Diabetin gözlənilməz səbəbi - Yeni müalicə strategiyası yarana bilər
-
Magazin230 İyul 23:36Ben Afflek bir milyon dollar qazandı
-
Magazin130 İyul 23:12"Bunu evdən öyrənib efirə gəlin" - - Könül Kərimovadan irad
-
İdman30 İyul 22:24"Zirə" Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ
-
ABŞ30 İyul 22:12Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?
















.jpg)















