İdman
Qurban Qurbanov: “Bakıdakı matçdan daha yaxşı oynamalıyıq”
“Qarabağ” UEFA Avropa Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Bolqarıstanda CSKA-nın qonağı olacaq.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Hər iki komanda üçün çox vacib oyundur. İlk oyunda heç-heçə qeydə alınıb. Cavab görüşündə hər ikimiz qalib gəlmək istəyirik. Rəqibin açıqlamalarından görürəm ki, çox iddialıdırlar. Bu, bizi məsuliyyəti olmağa sövq edir. İki eyni səviyyədə olan komanda üz-üzə gələcək. İnanıram ki, azarkeşlər yaxşı oyun görəcəklər. Ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq.
– Sabahkı matçın Bakıdakı oyundan fərqi nə olacaq?
– Qalib gəlmək istəyiriksə, Bakıdakı matçdan daha yaxşı oynamalıyıq. Bunun üçün çalışacağıq. Başqa ciddi dəyişiklik deyə bilmərəm. Rəqib daim sistemdə rotasiyalar edə bilir. Bizim ən güclü silahımız öz oyunumuzu daha da yaxşı oynamaqdır.
– Sizin avrokuboklarda böyük təcrübəniz var. Bu təcrübədən necə istifadə etməyi planlaşdırırsız?
– Bəli, mənim də, komandanın da təcrübəsi var. Qarşımızdakı komanda da təcrübəlidir. Belə oyunlarda soyuqqanlı olmalıyıq. Qarşımızdakı istəkli rəqib var. Bu, bizi sevindirir. İnanıram ki, soyuqqanlı və cəsarətli olacağıq. Buna əminəm.
– Ötən Çempionlar Liqası mövsümündə ən çox qol vuran futbolçular – Kamilo Duran və Leandro Andrade komandadan ayrıldı. İlk matçın da 0:0 bitdiyini nəzərə alsaq, onların yerini necə doldurmağı düşünürsüz? Sabah hücum xəttindən gözləntiləriniz nədir?
– Bəli, çox yaxşı iki oyunçumuzu yaxşı komandalara göndərdik. Onlara uğurlar arzulayıram. Hücum xəttində yer alan futbolçuların hər biri özünü ən yaxşı tərəfdən göstərməyə çalışır. Onlara inanaraq komandaya dəvət etmişəm. İnanıram ki, Duranla Andradenin yoxluğunu hiss etdirməyəcəklər.
– İki il əvvəl “Ludoqorets”lə matçda 7 qol vurmusuz. Sabahkı matçla bağlı düşüncələriniz necədir?
– Belə nəticələr nadir hallarda olur. CSKA bir az fərqli komandadır. Bakıda bu komandanın gücünü gördük. Bu gün futbol elə səviyyəyə gəlib çıxıb ki, istənilən kollektiv bu cür nəticə göstərə bilər. Qalib gəlmək üçün düzgün oyun qurmalıyıq. CSKA-ya Qarşımızdakı səhv etmək olmaz. Böyük hesabı yaddan çıxarmalıyıq. Bura nəticə üçün gəlmişik.
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq
-
Nida Xəbər 12:27Əli Əsədov onu vəzifədən azad etdi
-
Dünya12:12AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
-
MDB11:42Gürcüstanın sabiq baş prokuroru Rusiyada bölmə yaratdı - Ukraynaya qarşı vuruşacaq
-
Ekologiya11:18Antarktidada şok iqlim anomaliyası: Buzlar niyə qəfil artdı? - Alimlər səbəbi tapdı
-
MDB09:50Ukrayna yüzlərlə dronla Rusiyanın bu vilayətinə hücum etdi - Yanğın var
-
Magazin109:46Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi
-
Ekologiya08:49Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?



























.jpg)





.png)




