İdman
O bir xala görə hər bir futbolçuya 50 min dollarlıq hədiyyə verildi - VİDEO
Cənubi Afrika Respublikası millisi 2026-cı il dünya çempionatında pley-off uğrunda mübarizəni davam etdirir.
Publika.az xəbər verir ki, Çexiya ilə dramatik qarşılaşmadan sonra isə komandanı uzun müddət yadda qalacaq sürpriz gözləyib.
Afrika təmsilçisi 83-cü dəqiqədə Mokunanın penaltidən vurduğu qol sayəsində məğlubiyyətdən xilas olaraq 1:1 hesablı heç-heçəyə nail olub. Bu nəticə Cənubi Koreya ilə həlledici oyundan əvvəl komandanın qrupdan çıxmaq şanslarını qoruyub saxlayıb.
CAR millisinin amerikalı zərgərlik brendi ilə əməkdaşlığı çərçivəsində komandanın 26 futbolçusuna, eləcə də məşqçilər korpusunun üzvlərinə dəbdəbəli hədiyyələr təqdim edilib.
Nümayəndə heyətinin hər bir üzvü brendin kolleksiyasından istədiyi zinət əşyasını seçmək imkanı qazanıb. Təklif olunan hədiyyələr arasında bahalı saatlar, iri qızıl zəncirlər və brilyantlarla bəzədilmiş digər zinət əşyaları yer alıb. Hər bir hədiyyənin dəyərinin 50 min dollardan çox olduğu bildirilir.
Sosial şəbəkələrdə sürətlə yayılan videoda futbolçuların böyük həvəslə zinət əşyalarını sınaqdan keçirdiyi, müxtəlif variantlara baxdıqdan sonra seçim etdiyi görünür.
-
ABŞ03:19Ağ Evdən COVID-19 virusu ilə bağlı şok açıqlama
-
Ekopublika.az01:20Mərkəzi Bank sədrindən manatla bağlı vacib açıqlama - Məzənnə dəyişəcək?
-
İdman29 İyul 23:55FİFA Argentina millisinə qarşı üç maddə üzrə araşdırma başlatdı
-
Magazin229 İyul 21:39"MasterChef"in qalibi evində ölü tapıldı - Foto
-
Nida Xəbər 29 İyul 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil29 İyul 18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT29 İyul 16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin129 İyul 15:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO



































