İdman
İranlı futbolçular paltardəyişmə otağında bu mesajı qoyub çıxdılar
İran milli komandası Dünya Kubokunun ikinci turunda Belçika ilə oyundan (0:0) sonra paltardəyişmə otağında qeyd qoyub.
Publika.az xəbər verir ki, mesajda Minab şəhərində qızlar ibtidai məktəbinə edilən hücumun qurbanlarından bəhs olunur. İran mənbələrinə görə, ABŞ-İsrail raket və bomba hücumunda 168 uşaq həlak olub.
"Min illər əvvəl qədim Farsdan bugünkü sivil İrana qədər ölkənin ruhu canlı və möhkəm olaraq qalır. Biz Los-Ancelesə qürurla gəldik, şərəflə yarışdıq və ləyaqətlə ayrıldıq.
Los-Anceles, qonaqpərvərliyinizə görə təşəkkür edirik. Və bu 180 dəqiqə ərzində İrana ürəklərini, səslərini və ruhlarını həsr edən hər bir iranlıya təşəkkür edirik. Qoy bütün xalqlar arasında sülh, hörmət və dostluq hökm sürsün. #168 #Minab", - mesajda deyilir.
İranın qrup mərhələsinin üçüncü oyunu Sietldə keçiriləcək və Misirlə qarşılaşacaqlar.
Müəllif: Tural
-
ABŞ03:19Ağ Evdən COVID-19 virusu ilə bağlı şok açıqlama
-
Ekopublika.az01:20Mərkəzi Bank sədrindən manatla bağlı vacib açıqlama - Məzənnə dəyişəcək?
-
İdman29 İyul 23:55FİFA Argentina millisinə qarşı üç maddə üzrə araşdırma başlatdı
-
Magazin229 İyul 21:39"MasterChef"in qalibi evində ölü tapıldı - Foto
-
Nida Xəbər 29 İyul 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil29 İyul 18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT29 İyul 16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin129 İyul 15:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO



































