İdman
“Bayern” qurtulmaq istədiyi qapıçıya görə “Beşiktaş”a qiymət “oxudu”
Türkiyənin “Beşiktaş” klubunun direktoru Eduard Qraf “Bayern Münhen”in qapıçısı Aleksandr Nyubel və onun agenti Stefan Baksla danışıqlar aparıb.
Publika.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Mənbənin məlumatına görə, hazırda tərəflər arasında heç bir razılaşma əldə edilməyib və oyunçunun yaxın günlərdə gələcəyi ilə bağlı qərar verməsi gözlənilir.
Türkiyə klubu Nyubelə mövsüm başına 5 milyon avroya qədər maaş və bonuslar təklif edir. “Beşiktaş” “Bayern”ə bildirib ki, oyunçu üçün 10 milyon avro ödəməyə hazırdır və bu məbləği iki hissəyə bölüb hər dəfə 5 milyon avro ödəyə bilər, lakin Münhen klubu qapıçı üçün 20 milyon avro almaq niyyətindədir.
“Bayern”in idman direktoru Maks Eberl əvvəllər Nyubelə yeni klub axtarmalı olduğunu və oyunçunun Münhen komandasının növbəti mövsüm hazırlıqlarında iştirak etməsinin gözlənilmədiyini bildirmişdi.
Müəllif: Tural
-
İKT08:00Smartfonun "güc" düyməsinin gizli funksiyaları - 5 dəfə tez-tez basmaqla...
-
Magazin106:16Daha bir serial eşqi gerçək oldu - FOTO
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…




































