İdman
Ölkə prezidenti DÇ-dəki uğursuzluğa görə üzr istədi: Qohumbazlıq və səriştəsizlik…
Cənubi Koreya prezidenti Li Ce Myen milli komandanın 2026-cı il dünya çempionatından kənarlaşdırılmasından sonra federasiya rəhbərliyini tənqid edib.
Publika.az xəbər verir ki, Li Ce sosial media səhifəsində yazıb:
“Bu gözlənilməz nəticə ilə qarşılaşanda təkcə çaşqınlıq deyil, həm də dərin bir absurdluq hissi keçirirəm. Nəticədə, hər şeyin kökündə insan motivlərinin dayandığı bir daha sübut olundu. Qohumbazlıq və bölünmə səriştəliliyə qalib gəldikdə və səriştəsiz insanlar rəhbər vəzifələrə təyin edildikdə, nəticə praktik olaraq qaçılmazdır. Vətəndaşlarda boşluq hissi yaradan bu uğursuzluq, görünür, təşkilati və kadr səhvlərinin nəticəsidir.
Bu qəbuledilməz nəticənin yaratdığı dərin məyusluğa görə ictimaiyyətdən səmimi qəlbdən üzr istəyirəm. Bunun bir daha təkrarlanmaması üçün idman administrasiyasında təcili islahatlar aparacağıq”.
Cənubi Koreya A qrupunda üç xalla üçüncü yeri tutaraq turnirdə iştirakını başa vurub.
Müəllif: Tural
-
İKT08:00Smartfonun "güc" düyməsinin gizli funksiyaları - 5 dəfə tez-tez basmaqla...
-
Magazin106:16Daha bir serial eşqi gerçək oldu - FOTO
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…




































