Onlar hətta Messidən də güclü idilər! - Ponomoryov
Bizi izləyin

İdman

Onlar hətta Messidən də güclü idilər! - Ponomoryov

Onlar hətta Messidən də güclü idilər! - Ponomoryov

SSRİ yığmasının və ÇSKA-nın keçmiş futbolçusu Vladimir Ponomaryovun fikrincə, əfsanəvi argentinalı hücumçu Lionel Messidən daha güclü olan dörd oyunçu olub.

Publika.az xəbər verir ki, 86 yaşlı Ponomaryov “Sovetski Sport”a verdiyi açıqlamada bildirib:

“Mən 1966-cı ildə Dünya Kubokunda oynamışam. Pele, Bekkenbauer, Eysebio, Bobbi Çarlton orada idilər. Onlar ağlasığmaz uşaqlar idilər! Onlar hətta Messidən də güclü idilər, digərlərindən isə danışmağa dəyməz.

Ronaldo futbolçu kimi tamamilə ölüb. O, bu Dünya Kubokuna getməməli idi. Turnirdə özünü bir az gözdəın saldı. Amma bu, onun öz günahıdır. Ronaldonun komanda yoldaşları onun üçün işləməyi dayandırdılar, ona görə də o, dərhal itdi.

Aydındır ki, indi temp daha sürətlidir və oyunun icrası yaxşılaşıb. Amma o vaxtlar yanlara və ya geriyə oynamırdılar. Futbol artıq belə görünmür. Bəlkə də yaşlanıram, ona görə də bu cür reaksiya verirəm. Amma yenə də hiss olunur ki, oyun əvvəllər daha dinamik idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm