Dünya
Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
Yunanıstan mətbuatında Türkiyə ilə İsrail arasında mümkün qarşıdurmanın necə inkişaf edə biləcəyinə dair diqqətçəkən ssenari yayımlanıb.
Publika.az xəbər verir ki, “Militaire” nəşrinin dərc etdiyi təhlilə əsasən, baş verə biləcək tək bir hərbi insident belə genişmiqyaslı böhranı tətikləyə bilər.
Bildirilib ki, Ankaranın cavab zərbəsi İsrailin yeni hücumlarına, bunun ardınca isə Türkiyənin növbəti cavablarına səbəb olaraq “təhlükə zənciri” yarada bilər. Təhlilə görə, Türkiyə ilə İsrail arasında birbaşa hərbi qarşıdurmanın ilk və ən ehtimal olunan nöqtəsi Suriyadır.
Nəşr Türkiyənin Suriyada hərbi mövcudluğunu davam etdirdiyini, İsrailin isə öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirdiyi bu ölkədə Türkiyə hərbi qüvvələrinin mövcudluğundan narahat olduğunu iddia edib.
Qeyd olunub ki, tərəflərin hərbi qüvvələrinin eyni ərazidə fəaliyyət göstərməsi müharibə qərarı olmadan da birbaşa toqquşma riskini artırır. Ssenariyə əsasən, qarşılıqlı hücumların genişlənməsi halında qarşıdurma Şərqi Aralıq dənizinə keçə, bu zaman da Kipr mühüm amilə çevrilə bilər.
Nəşr hesab edir ki, adanın şimalındakı türk hərbi mövcudluğu və bölgədəki hərbi infrastruktur mümkün qarşıdurma zamanı xüsusi əhəmiyyət daşıyacaq.
Təhlildə mümkün böhranın NATO üçün də ciddi sınaq yaradacağı vurğulanıb. İsrailin hücumunun Türkiyənin təhlükəsizliyinə və ya ərazi bütövlüyünə təhdid yaratması halında Ankara NATO-nun 4-cü maddəsi çərçivəsində müttəfiqlərlə məsləhətləşmələr tələb edə bilər. Hücumun real silahlı qarşıdurmaya çevrilməsi halında isə NATO-nun 5-ci maddəsinin gündəmə gəlməsi mümkündür.
Müəllif: Roza
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR











.jpg)


.jpg)






















