Dünya
Daha bir təyyarə qəzası
Baham adalarında, Andros adası sahillərində kiçik özəl təyyarənin qəzaya uğraması nəticəsində ailənin dörd üzvü həlak olub. Həlak olanların meyitlərini qohumları aşkar ediblər və onlar cəsədləri şəxsi qayqları ilə özləri daşıyblar.
Publika.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Dörd nəfər daşıyan beşyerlik "PA-34 Piper" yerli vaxtla bazar ertəsi təxminən saat 11:15-də Qreyt-Harbor-Key adasından havaya qalxıb və Andros sahillərindən təxminən 24 kilometr məsafədə qəzaya uğrayıb.
Həlak olanlar arasında 80 yaşlı pilot Mario Lamari, onun 79 yaşlı həyat yoldaşı Lili Lamari və onların nəvələri — 28 yaşlı Sofiya Sosa və 22 yaşlı Kristian Sosadır.
“Dərin kədər ilə təsdiq edirik ki, ailəmizin dörd üzvünün hamısı ölü vəziyyətdə tapılıb”, - deyə qohumların bəyanatında bildirilir.
Ailə daha əvvəl bildirmişdi ki, Lamari təcrübəli pilot olub və bütün həyatı boyu uçuşlar həyata keçirib. Onun qohumu Silvia Laryenin sözlərinə görə, faciədən əvvəl o, nəvələri ilə birlikdə Baham adalarında uzun həftə sonu istirahəti keçirirdi.
“FlightAware” xidmətinin məlumatına görə, radarlardan itib-itməzdən əvvəl təyyarə tufan cəbhəsinin kənarına daxil olub, bundan sonra istiqamətini kəskin şəkildə dəyişib. Təyyarədə olan iki gəncin anası olan həlak olmuş pilotun qızı onlar eniş barədə məlumat vermədikdə həyəcan təbili çalıb.
ABŞ Sahil Mühafizəsi Baham Adaları Müdafiə Qüvvələri ilə birlikdə axtarış əməliyyatına başlayıb, lakin hava şəraitinə görə bunu dayandırmağa məcbur qalıblar. Axtarışların dəqiq nə vaxt bərpa olunduğu qeyd edilməyib.
Meyitlər tapıldıqdan sonra qohumları axtarışlarda iştirak edən və ailəyə kömək edən hər kəsə təşəkkür ediblər. Onlar həmçinin bildiriblər ki, mərhumları “təhlükəsiz və ləyaqətli şəkildə” evə çatdırmaq üçün indi ABŞ Sahil Mühafizəsi ilə əməkdaşlıq edirlər.
Hüseyn İbadlı
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO












.png)



















