İdman
O, 10 il əvvəlki deyil, indi insana bənzəyir - Məşhur ingilis Messi haqda
İngiltərə millisinin keçmiş müdafiəçisi Qari Pallister 2026-cı il dünya çempionatının yarımfinalında Argentinaya qarşı oyundan əvvəl Lionel Messi haqqında fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, Pallister Messinin 10 il əvvəlki futbolçu olmadığını, amma hələ də Argentina üçün vacib oyunçu olduğunu bildirib:
“Amma düşünmürəm ki, o, zirvədəki qədər təhlükəlidir. Düşünmürəm ki, rəqiblərini əvvəlki qədər asanlıqla məğlub edə bilər.
Amma yenə də böyük bacarığa malikdir. O, Kabo-Verdeyə qarşı gözəl qol vurdu. O, qol vurmağı bilir. O, komanda lideridir. Lionel dörd il əvvəl də belə idi və indi də belədir. Amma düşünmürəm ki, o, “Barselona”nı Avropa yarışlarında və La Liqada qələbələrə aparan oyunçudur.
Aydındır ki, o, hələ də təhlükəlidir, amma indi, necə deyərlər, daha çox insana bənzəyir.
Düşünmürəm ki, İngiltərə ilə oyunda Messi şəxsən nəzarətə götürüləcək və ya buna bənzər bir şey olacaq. Amma onu nəzarətdə saxlamaq və zərərsizləşdirməyə çalışmaq lazımdır”.
Müəllif: Tural
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO
-
Hadisə03:43Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI


















.jpg)









.png)




