Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO
Bizi izləyin

İdman

Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO

Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO

Argentinan millisi 2026-cı il Dünya Kubokunun yarımfinalında İngiltərə üzərində qələbəni meydanda "Malvin adaları Argentinaya məxsusdur" yazılı banner açaraq qeyd edib.

15 iyulda Argentina İngiltərəni 2-1 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Dünya Kubokunun finalına yüksəlib.

Publika.az xəbər verir ki, ABŞ hakimiyyəti bu matçdan əvvəl təhlükəsizlik tədbirlərini gücləndirib. Argentinalı azarkeşlərin stadiona "bayraq, futbolka, banner və ya siyasi və ya irqçi mesaj daşıyan hər hansı bir şey" ilə girməsi qadağan edilib. Təhlükəsizlik işçilərinin sayı 1600-ə çatdırılıb.

Xatırladaq ki, 1982-ci ildə Argentina və Böyük Britaniya Folklend adaları uğrunda müharibə aparıblar. Münaqişə Argentinanın məğlubiyyəti ilə başa çatıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm