İdman
“Neftçi”nin sabiq baş məşqçisi Rusiya klubundan təqaüd istəyir
“Neftçi” və “Zenit”in keçmiş baş məşqçisi Vlastimil Petrjela bildirib ki, Sankt-Peterburq klubu ona heç bir maliyyə dəstəyi göstərmir.
Publika.az xəbər verir ki, bununla belə, çexiyalı məşqçi Rusiyada işlədiyi illəri hələ də xoş xatirələrlə xatırladığını və bunu karyerasının ən yaxşı dövrü hesab etdiyini qeyd edib.
“Bir çox klubun əfsanələri və ya veteranları dəstəkləmək kimi ortaq bir təcrübəsi var. “Zenit” sizi hər hansı bir şəkildə dəstəkləyirmi?” sualına çex mütəxəssis belə cavab verib:
“Mən o siyahıda deyiləm və səbəbini də bilmirəm. “Zenit”dən soruşun. Kim “Zenit”dən təqaüd almaq istəməz ki ? Bu, gözəl olardı, çünki mən klubu çox sevirəm. Amma inanmıram ki, bunu rəhbərliklə hazırda müzakirə etmək mümkün olacaq, ona görə də bunu etmək istəmirəm.
Hər halda, karyeramın ən gözəl illərini “Zenit”də keçirdim. Ən güclü komandalardan biri idi və mən onu çox xoş xatirələrlə xatırlayıram.
Onların məni heç bir şəkildə dəstəkləməmələri ilə bağlı inciklik yoxdur. Məsələ pulda deyil. “Zenit” bizim ürəyimizdədir!”, – Petrjela “Sport24”-ün müxbiri Boris Korolevlə söhbətində bildirib.
Müəllif: Tural
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ

















.jpg)




.jpg)




.png)




