İdman
“Zirə” darmadağınla ikinci təsnifata çıxdı - YENİLƏNDİ
"Zirə" UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Publika.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın "Torpedo" komandasının qonağı olub.
Kutaisidəki "Şengeliya Arena"da keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.
25 və 70-ci dəqiqələrdə Eren Aydın, 39-cu dəqiqədə Amin Seydiyev fərqlənib.
Sumqayıtdakı ilk matçda rəqibini üç cavabsız qolla üstələyən "Zirə" II təsnifat mərhələsinə vəsiqə qazanıb. "Qartallar" bu raundda Estoniyanın "Payde" klubu ilə üz-üzə gələcək. II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.
xxx
Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi fərqi daha da artırıb - 3:0.
Eren Aydın 70-ci dəqiqədə dubl müəllifi olub.
xxx
21:10
Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi fərqi daha da artırıb - 2:0.
39-cu dəqiqədə Amin Seydiyev fərqlənib. Hazırda ilk hissə başa çatıb.
xxx
Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, qarşılaşmada ilk qolu Azərbaycan təmsilçisi vurub.
25-ci dəqiqədə Eren Aydın fərqlənib.
xxx
20:00
Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında təşkil olunan UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Publika.az xəbər verir ki, qarşılaşma Kutaisidəki "Şengeliya Arena"da keçirilir.
Görüşün baş hakimi macarıstanlı FIFA referisi Mihali Kapraydır.
Cütün qalibi növbəti mərhələdə "Hegelmann" (Litva) – "Payde" (Estoniya) duelinin güclüsü ilə görüşəcək.
Xatırladaq ki, Sumqayıtdakı ilk oyunda "Zirə" rəqibini üç cavabsız qolla məğlub edib.
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ

















.jpg)




.jpg)




.png)




