İdman
Runi Messini qınadı: Belə davranış kədərli idi
“Mançester Yunayted”in bütün zamanların ən çox qol vuran futbolçusu Ueyn Runi Lionel Messinin DÇ- 2026-nın finalındakı davranışı haqda danışıb.
Dünya Kubokunun həlledici oyununda Argentina İspaniyaya əlavə vaxtda uduzub (0:1).
Əsas vaxtın sonlarında argentinalı Entso Fernandes Pau Kubarsiyə qarşı kobudluğa görə qırmızı vərəqə aldı. Bu hadisədən sonra Lionel Messi hakimə İspaniya müdafiəçisi Mark Kukurellanın ağzını əli ilə tutaraq ona müraciət etdiyini bildirdi. Bu cür hadisələr hakimlər tərəfindən cəzalandırılır, çünki oyunçular rəqiblərinə ünvanlanan təhqirləri ört-basdır edirlər.
Publika.az xəbər verir ki, Runi BBC-yə bildirib:
“Bu, çarəsizlikdən irəli gəlir. Argentina tam olaraq belə oynayır, bilirik ki, bu, onların üslubudur.
Amma həmişə yaxşı idmançı davranışı görmək istəyirsən və Lionel Messinin bunu etməsi kədərli idi”.
Müəllif: Tural
-
Hadisə21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
-
Avropa20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
-
MDB15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq
-
Elm və təhsil14:21Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
-
Sosial14:12Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq
-
Nida Xəbər 12:27Əli Əsədov onu vəzifədən azad etdi
-
Dünya12:12AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq

















.jpg)







.jpg)


.jpg)




.png)




