İdman
Orta Asiyanın ən böyük arenası neçəyə başa gəlib?
Orta Asiyanın ən böyük stadionu olan “Bişkek Arena”nın tikintisi 386 milyon dollara başa gəlib.
Publika.az xəbər verir ki, bunu Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alagözov bildirib.
“Bişkek Arena” stadionu 386 milyon dollara tikilib. Onun 60 milyon dollara başa gəldiyi barədə yayılan məlumat yalandır”, – deyə mətbuat katibi sosial mediada yazıb.
Onun sözlərinə görə, rəqəmlərdəki uyğunsuzluq stadionun tikintisinə ilk dəfə başlananda 30.000-35.000 tamaşaçı tutumuna malik olması ilə bağlıdır. Lakin ilkin plan adi stadionun tikilməsi idi. Daha sonra prezident Sadır Japarov ilkin planı tamamilə yenidən nəzərdən keçirdi və büdcəyə yük olmayacaq, lakin gəlir gətirəcək bir stadion tikmək məqsədi qoydu:
“Layihənin genişləndirilməsinin digər səbəbi FİFA-nın dünya səviyyəli beynəlxalq yarışlara ev sahibliyi etmək üçün stadionun ən azı 50.000 tamaşaçı tutumuna malik olması tələbi idi”.
Alagözov yeni stadionun əsas xüsusiyyətlərini sadalayıb: 51.000 tamaşaçı tutumuna malikdir, səkkiz mərtəbəlidir, 70 metr hündürlüyündədir və diametri 280 metrdir. İçəridə supermarket, 48 mağaza, 33 kafe və restoran, eləcə də dörd kinoteatr var.
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı


















.jpg)

















