Dünya
51 il əvvəl itirdiyi pul kisəsini tapıb ona qaytardılar - İçində nələr var?
Kanadada 51 il əvvəl itirilmiş pul kisəsi döşəmənin altından tapılaraq sahibinə qaytarılıb.
Publika.az xəbər verir ki, bu barədə “Yahoo News Canada” məlumat yayıb.
Kanadanın Dartmut şəhərində fəhlələr evdə təmir işləri apararkən köhnə döşəmənin altından 51 il orada qalmış pul kisəsi aşkar ediblər. Tapıntını dülgər Mətti Qoldsmit edib. İçərisində sürücülük vəsiqəsi, tələbə biletİ, 1975-ci ilə aid “Hamlet” tamaşasına bilet və bir dollarlıq əskinas qorunub saxlanılıb.
Sənədlər yaxşı vəziyyətdə çıxıb və Qoldsmit sosial şəbəkələr vasitəsilə sahibini tapmağa çalışmaq qərarına gəlib. O, tapıntının şəkilini yerli qrupa yerləşdirib. Yazıya pul kisəsinin sahibi Riçard Qilroyun həyat yoldaşı tezliklə reaksiya verib. Artıq üç gündən sonra fəhlələr onunla görüşərək pul kisəsini geri qaytarıblar.
İndi Qilroyun 68 yaşı var. O deyib ki, pul kisəsini harada və nə vaxt itirdiyini xatırlayır, lakin içərisində dəqiq nə olduğunu demək olar ki, unutmuşdu. O, xüsusilə içərisində orijinal əlyazma doğum haqqında şəhadətnamənin qalmasına təəccüblənib.
İndi kişi pul kisəsinin məzmununu çərçivəyə salaraq ailə yadigarı kimi qoruyub saxlamağı planlaşdırır.
Hüseyn İbadlı
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz














.jpg)


.webp)
.jpg)

.jpg)

















.jpg)