Sosial
Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
Ötən gün məşhur amerikalı kamança ifaçısı, Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokun keçmiş həyat yoldaşı Aynur Verbokla (Vəzirova) olan müsahibə sosial şəbəkələrdə böyük maraq doğurdu. Aynur Verbokun müsahibəsində səsləndirdiyi maraqlı faktlar, xüsusilə də illər öncə onun elçiliyinə Azərbaycanın sabiq mədəniyyət naziri Polad Bülbüloğlu və sabiq səhiyyə naziri Əli İnsanovun gəlməsi, atasının məhz bu tanışlıqdan sonra onların evliliyinə razılıq verməsi böyük maraqla qarşılandı.
Sosial şəbəkə istifadəçiləri arasında onun hansı nəsildən olması ilə bağlı müxtəlif müzakirələr yaranıb. Hətta bəzi istifadəçilər onun məşhur tarzən Ramiz Quliyevin qızı olduğunu iddia ediblər.
Yaranmış suallara aydınlıq gətirmək məqsədilə Publika.az Aynur Verbokla (Ina Vez) əlaqə saxladı. O bildirdi ki, məşhur tarzənin qızı deyil, əslən qədim və köklü Qarabağ Vəzirovları nəslindəndir. Onun atası Ramiz Vəzirovdur:
“Mənsub olduğum Vəzirovlar nəsli Azərbaycanın ictimai-siyasi, mədəni və ədəbi həyatında müstəsna rol oynayıb. Qarabağın xanlıq dövründən kök alan nəslimizin nümayəndələri elm, ədəbiyyat, incəsənət və dövlətçilik tarixində öz izlərini qoyublar”.

Qeyd edək ki, Vəzirovlar nəslinin Qarabağın tarixində xüsusi yeri var. Bu nəsildən dövlət xadimləri, yazıçılar, dramaturqlar, diplomatlar və hərbçilər yetişib.
Soyadın və tarixi köklərin əsas nümayəndələrindən biri Qarabağ xanlığının baş vəziri, tarixçi Mirzə Camal Cavanşir Qarabağidir. Onun yazdığı “Tarixi-Qarabağ” əsəri Qarabağ xanlığının tarixini öyrənmək baxımından mühüm mənbələrdən sayılır.
Nəcəf bəy Vəzirov Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrindən biri, yazıçı, publisist və teatr xadimi kimi tanınıb. Yusif Vəzir Çəmənzəminli isə məşhur yazıçı olmaqla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri olub.
Nəslin digər tanınmış simaları arasında 26 Bakı komissarından biri Mir Həsən bəy Vəzirov, Sovet İttifaqı Qəhrəmanı, general-mayor Aslan Vəzirov da var.
Müəllif: Akqabay Mıradov
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar







































