İdman
Argentina millisində qaradərili futbolçu - FOTO
Argentina millisində qaradərili oyunçu peyda olub.
Publika.az xəbər verir ki, Haitidə anadan olan 17 yaşlı cinah oyunçusu Stiven “Kiki” Ramos U-17-nin heyətində Ekvadora qarşı oyunda debüt edib.
O, Argentinada böyüyüb və “Veles”in yetirməsidir.
Maraqlıdır ki, bu yaxınlarda Argentina Deputatlar Palatasının üzvü, sağçı siyasətçi Lilia Lemoine Dünya Kubokundan sonra milli futbol komandaya edilən hücumlar barədə danışmışdı. O, hücumların komandada qaradərili oyunçuların olmaması ilə bağlı olduğunu düşünür.
“Niyə komandamıza hücum edirlər? Çünki komandada rəngli insanlar, qaradərililər yoxdur, hamı ağdərilidir. Beləliklə, bu və əvvəlki Dünya Kuboklarında komandamıza qarşı yaranan nifrət, komandada qaradərililərin olmamasından qaynaqlanırdı və buna görə də bizi irqçi adlandırmağa başladılar.
Komandada afroamerikalı olmasa da, çox kasıb ailələrdən və çox aşağı gəlirli ailələrdən olan oyunçular var. Əgər irqçiliklə bağlı ciddi problemləri olan bir ölkə varsa, o da ABŞ-dır”, – deputat deyib.
Müəllif: Tural

-
Magazin218:48Adriana Limanın yeni videosu izləyiciləri dəhşətə gətirdi - VİDEO
-
Avropa15:26Kimə nə qədər pul ayrılacağına Lyayen qərar verəcək - Aİ-də 2 trilyon avroluq qalmaqal
-
Region13:36Rusiyanın “qaz şantajı” – Paşinyan hansı ssenariləri nəzərdən keçirir?
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq












.jpg)








.jpg)














