İdman
“Siti” Rodriyə əvəzləyici tapdı
“Mançester Siti” bu yay klubdan ayrılan Rodri və Teyani Reynders üçün potensial əvəzedici kimi Fransa yığmasının və “Roma”nın yarımmüdafiəçisi Manu Koneni nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, Roma klubu 25 yaşlı futbolçunun transfer haqqı üçün təxminən 51 milyon funt sterlinq (60 milyon avro) tələb edir ki, bu da təxminən “Əl-Qadisiya”nın Reyndersə ödədiyi məbləğə bərabərdir. Kone ilə əvvəllər “Mançester Yunayted” və “Çelsi”nin maraqlandığı bildirilirdi.
Kone Fransa millisində 19 oyun keçirib.
O, ötən mövsüm “Roma”da bütün turnirlərdə 37 oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto































