İdman
“Qarabağ”ın qələbəsi Azərbaycana xal qazandırdı
UEFA ötən gün Avropa Liqası və Konfrans Liqasında keçirilən oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.
Publika.az xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.
Buna “Qarabağ”ın KL-in pley-off mərhələsinin ilk oyununda Kiyev “Dinamo”sunu səfərdə üstələməsi (1:0) şərait yaradıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib.
Nəticədə cari mövsümdə qazanılan əmsal 3.375-ə yüksəlib. Bunun 1.250 əmsalı “Sabah”ın, 1.250-si “Qarabağ”ın, 0.625-si “Zirə”nin, 0.250-si isə “Neftçi”nin payına düşür.
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 21.937-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Slovakiyanın 20.625 əmsalı var. Bir pillə öndə – 25-ci yerdə qərarlaşan Sloveniyanın ümumi qazancı isə 22,843-ə bərabərdir.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.907) başçılıq edir.
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto































