İdman
Şok iddia: Klopp və şirkəti Almaniya Futbol Assosiasiyasını ələ keçirib
“Bayern”in fəxri prezidenti Uli Hönes Yurgen Kloppun Almaniya millisinin baş məşqçisi təyinatı ilə bağlı danışıb .
Publika.az xəbər verir ki, Hönes RTL-ə verdiyi müsahibədə deyib:
“Şəxsən mən Yurgen Kloppun çox yaxşı məşqçi olduğunu düşünürəm, həqiqətən də yaxşı məşqçidir. Amma mən heç kimin pərəstişkarı deyiləm. Ona qarşı elə davranırlar ki, sanki suyun üzərində gəzə bilir.
O, əlinin bir toxunuşu ilə hər şeyi dəyişə bilməyəcək. Bilirik ki, o, çox çalışacaq, həmçinin bir çox şeyi fərqli şəkildə edəcək. Və bir çox şey daha yaxşı olacaq. Amma onun zamana ehtiyacı var və ən əsası, onun Məsih olduğuna inana bilmirik.
Bu hekayədə xoşuma gəlməyən cəhət odur ki, onun agenti Mark Kositzkeni də ora gətirdilər. Onun orada nə etməli olduğunu dəqiq bilmirəm. Amma o, oyunçuları təmsil edən agentliyin idarəedici direktorudur. Düşünürəm ki, bu, problemdir.
Bütün bunlar mənə dostcasına bir ələ keçirmə kimi görünür. Klopp və şirkəti Almaniya Futbol Assosiasiyasını ələ keçirib. Və məncə, bu səhvdir”.
-
Sosial19:00Limit 20 mindən 50 minə qaldırıldı: Gələn ildən... - Yeniləndi
-
Ekologiya18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı
-
Nida Xəbər 12:33Azərbaycan və İordaniya arasında viza rejimi aradan qaldırılır
-
Nida Xəbər 12:18Deputat ailələr üçün tələb irəli sürdü: Mənzil, bağça, təhsil və...
-
Yaxın Şərq11:06Dubaydan Təl-Əvivə uçan təyyarə qaçırıldı - Göyərtədə 100-dən çox İsrail vətəndaşı var
-
Yaxın Şərq10:18Qüds ermənisi haray çəkdi: Biz tualet deyilik, dayanın















.jpg)












.jpg)








