İdman
“Qarabağ”la “Neftçi” eyni futbolçunu istəyir - FOTO
Cənubi Kiprin APOEL klubunun braziliyalı yarımmüdafiəçi Dieqo Rosa Azərbaycanın iki klubdan təklif alıb.
Publika.az Cənubi Kipr mediasına istinadən xəbər verir ki, futbolçu ilə ilk olaraq “Neftçi” maraqlanıb. Paytaxt klubu Rosanı ödənişsiz icarəyə götürməyi və yalnız onun müqavilə üzrə maaşını ödəməyi təklif edib. Bu variant APOEL üçün kifayət qədər cəlbedici olmadığı üçün tərəflər arasında razılaşma əldə olunmayıb.
Daha sonra prosesə “Qarabağ” qoşulub. Ağdam təmsilçisinin təklifi bir mövsümlük icarə üçün 150 min avro ödənilməsini nəzərdə tutub. Razılaşmaya görə, Rosa “Qarabağ”ın oyunlarının ən azı 50 faizində iştirak edəcəyi halda, onun transfer hüquqlarının alınması üçün əlavə 850 min avro ödənilməli idi. Beləliklə, sövdələşmənin ümumi məbləği 1 milyon avroya çata bilərdi.
Lakin APOEL-in Rosanın əvvəlki klubu “Baya” ilə 2025-ci ildə bağladığı müqavilədəki xüsusi şərt bu təklifin qəbulunu çətinləşdirir. Razılaşmaya əsasən, futbolçunun 1 milyon avroyadək satışından əldə olunan məbləğin hamısı “Baya”ya çatmalıdır. 1-2 milyon avro arasındakı hissə APOEL-in payına düşür. Satış məbləği 2 milyon avronu keçərsə, artıq qalan vəsait iki klub arasında 50-50 nisbətində bölüşdürülür.
Bu səbəbdən APOEL Rosanı təxminən 1 milyon avroya birdəfəlik satmaqda maliyyə baxımından maraqlı deyil. Cənubi Kipr klubu “Qarabağ”ın hazırkı təklifini yekun razılaşma üçün yetərli hesab etmir və daha sərfəli şərtlərlə yeni təklif gözləyir.
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto































