İdman
Rusiyada braziliyalı idmançıya 5,2 il həbs cəzası verildi
Sankt-Peterburqun “Lokomotiv” çimərlik voleybol klubunda oynamış braziliyalı idmançı Rusiyada həbs cəzasına məhkum edilib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məhkəmə sənədlərinə görə, 33 yaşlı Letisiya Villar Pais narkotik qaçaqmalçılığı və qanunsuz saxlamada təqsirli bilinib və ümumi rejimli cəzaçəkmə müəssisəsində beş il iki ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə Estoniya sərhədində baş verib. İdmançının əl yükündə axtarış zamanı iyləyici it onun çantasına yaxınlaşıb və sərhədçilər 6,13 qram həşiş aşkarlayıblar. Qadın Leninqrad vilayətindəki nəzarət məntəqəsində saxlanılıb və nəzarətə götürülüb.
Məhkəmədə Villar Pais günahını tamamilə etiraf edib. O, narkotik maddəni Avropada aldığını və Rusiyada da qanuni olduğuna əmin olduğunu bildirib.
Voleybolçu həkimlərin boşanma və karyera çətinliklərindən qaynaqlanan ruhi sağlamlıq problemlərini müalicə etmək üçün kannabinoidlər təyin etdiyini iddia edib. Lakin məhkəmə bu halı yüngülləşdirici hesab etməyib.
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı
-
Dünya09:35Türkiyədən Moskvaya uçan 4 təyyarə Litva və Polşa üzərindən geri döndü - Nə baş verir?



















.jpg)








.jpg)







.jpg)

