İdman
“Barselona”nın yeni transferinin ilham pərisi: Onları kim tanış edib? - FOTOLAR
"Barselona" qəfildən xorvatiyalı Dominik Livakoviçi transfer edərək qapıçı heyətini gücləndirdi.
Katalonlar 2022-ci il Dünya Kubokunun qəhrəmanlarından biri üçün "Fənərbaxça"ya cəmi iki milyon avro ödədilər!
Publika.az xəbər verir ki, qapıçı bütün ailəsi ilə birlikdə Barselonaya köçür. "Barselona"nın yeni oyunçusu Dominik Livakoviçin həyat yoldaşı Yelena ilə tanış olun.
Yelena 12 may 1994-cü ildə Zaqrebdə anadan olub. Onun 32 yaşı var və Dominikdən təxminən bir yaş böyükdür. Cütlük Xorvatiyanın paytaxtında tanış olub: Livakoviç 17 yaşında “Zadar”dan “Zaqreb”ə transfer olub.
Yelena idmanı yaxşı bilir: on ildən çox fiqurlu konkisürmə üzrə çalışıb. O, həmçinin universitetdə tekstil texnologiyası üzrə təhsil alıb.
Onun “İnstaqram”da 47.000 izləyicisi var və orada kosmetika, şampunlar və digər şəxsi qulluq məhsullarını reklam edir.
Dominik və Yelena 2017-ci ildən bəri birlikdədirlər. Livakoviç daha sonra Xorvatiyanın ən çox titul qazanan klubunun start heyətində yer aldı və milli komandada debüt etdi.
"Bizi ortaq dostlar vasitəsilə tanış etdilər. İlk addımı Dominik atdı və münasibətimiz belə başladı. O, məni hazırcavablığı ilə valeh etdi. Əvvəlcə o, utancaq və bir qədər təmkinli idi və çox danışmırdı, ona görə də onun bu qədər hazırcavab olacağını gözləmirdim", - deyə Yelena bildirib. Cütlük 2022-ci ilin iyun ayında evlənib. Mərasim Zadardakı Müqəddəs Anastasiya Katedralında baş tutub. Və 12 oktyabr 2025-ci ildə Yelena və Dominikin Yoahim adlı oğulları dünyaya gəlib.















-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar



















.jpg)


.jpg)
















