İdman
Səni öz həyətində əzəcəyəm, axmaq - Tayson Coşuanı hədələdi
Ağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri (35-2-1, 24 nokaut) İngiltərədə Entoni Coşua (30-4, 27 nokaut) ilə döyüşməkdən imtina etdiyi ilə bağlı xəbərlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, britaniyalı öz ölkəsində döyüşmək istəmədiyi iddia edilən xəbərlərə emosional reaksiya verib.
Fyuri qeyd edib ki, döyüşün yerini özü yox, “Netflix” və Turki Əl-Şeyx müəyyən edir.
“Niyə İngiltərədə döyüşmək istəməyim, ey kolbasa? Tayson yalnız Amerikada döyüşmək istəyir? Ciddi deyirsən? Tayson bu döyüşün harada keçiriləcəyinə qərar vermir və onu maliyyələşdirmir – bunu “Netflix” və Turki Əl-Şeyx edir. Tayson şərtləri diktə etmir.
Əla, əgər İngiltərədədirsə, daha da yaxşı. Daha tez başa vurardım. İngiltərədə əsas vaxt, saat 22:00, “Uembli” stadionu, 100.000 tamaşaçı.
Coşua iyrənc bir zorakıdır. Və onun bütün oyunu insanları qorxutmaqdan ibarətdir – necə ki, Daniel Dyubuaya qarşı etməyə çalışmışdı. Buna görə də sonda məğlub oldu.
Dediyim kimi: özünü kim hesab edirsən? Sən və səni xilas etməyə çalışan acınacaqlı kuklan Eddi Hern. Bundan çıxış yolu yoxdur. Mən Uotforda gəlirəm və səninlə məşğul olacağam. Səni öz həyətində əzəcəyəm, axmaq. Bundan çıxış yolu yoxdur. Çıxış yolu yoxdur”, – Fyuri deyib.
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar



















.jpg)

.jpg)

















