İdman
Afrikalılar Rusiya ilə oyundan imtina etdi
Cənubi Afrika Respublikasının milli komandası Rusiya yığması ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib.
Publika.az xəbər verir ki, Rusiya Futbol İttifaqı (RFU) Cənubi Afrika Futbol Federasiyasına 2026-cı ilin payızında qarşılaşma keçirməyi təklif edib.
Tərəflər sentyabr-oktyabr və ya noyabr aylarında matçın təşkili variantlarını müzakirə ediblər. Lakin Cənubi Afrika tərəfi milli komandanın sıx oyun qrafikini əsas gətirərək hər iki təklifdən imtina edib.
Rusiya millisinin payız proqramında bir sıra yoldaşlıq görüşləri nəzərdə tutulub. Komanda sentyabrın 29-da İranla, oktyabrın 3-də Yekaterinburqda Namibiya ilə, oktyabrın 6-da isə Nijni Novqorodda Nigeriya ilə qarşılaşacaq.
Rusiya və İran yığmaları son illərdə iki dəfə üz-üzə gəlib. 2023-cü ildə Tehranda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. 2025-ci ildə Volqoqradda baş tutan matçda isə Rusiya 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Rusiya klubları və milli komandaları 2022-ci ilin fevralından etibarən FIFA və UEFA-nın təşkil etdiyi turnirlərdən kənarlaşdırılıb.
Müəllif: Tural
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner



















.png)

















